İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı nazir: Azərbaycanın iqlim təşəbbüslərini dəstəkləyirik

Böyük Britaniya Azərbaycanın iqlim təşəbbüslərini dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin birlik və inkişaf məsələləri üzrə naziri Annalez Dodds COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasında bildirib.

"Biz ehtiyacı olan ölkələrə tərəfdaşlar tapmaqda və iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə cəlb etməkdə kömək etmək məqsədilə yeni Bakı habının və dövlətlər şəbəkəsinin yaradılmasını səbirsizliklə gözləyirik. Son on ildə dünyanın ən çox zərər çəkmiş 10 dövləti cəmi 2 milyon dollar alıb ki, bu da iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal maliyyələşmənin ümumi həcminin 1%-ni təşkil edir", - nazir qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR