İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı məmurlar məxfi məlumatları Çinə LinkedIn-lə satıblar

Britaniya rəsmiləri beş il ərzində məxfi məlumatları LinkedIn sosial şəbəkəsində saxta hesablardan istifadə edən Çin casusuna satıblar.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Nəşrin yazdığına görə, ÇXR-in kəşfiyyatçısı insanların və şirkətlərin bir neçə saxta hesabını yaradıb və sosial şəbəkə vasitəsilə silahlı qüvvələrdə, elmi-texniki sahələrdə çalışan Britaniya rəsmiləri ilə əlaqə saxlayıb.

Kəşfiyyatçı Robin Çjan, Robin Çao, Erik Kim təxəllüsləri altında gizlənib və Londonun aparıcı universitetlərindən birində təhsil aldığını iddia edib. Nəşr aydınlaşdırır ki, o, LinkedIn-də saxta səhifələr üçün başqa insanların fotolarından istifadə edib.

“The Times” qəzetinin yazdığına görə, kəşfiyyatçı əvvəlcə müəyyən bir şəxsdən peşəkar maraq dairəsinə aid mövzu ilə bağlı məsləhət istəyib, lakin sonra məxfi məlumat və ya sənədləri təqdim etmək üçün külli miqdarda pul vəd edib. Belə ki, o, Böyük Britaniyanın kəşfiyyat xidmətlərində hər bir yeni işçi haqqında məlumat üçün kadrlar şöbəsinin əməkdaşına 8 min funt-sterlinq (10 min dollar) təklif edib. O, həmçinin keçmiş hərbi kəşfiyyatçıya krallığın terrorla mübarizə işi haqqında məlumat üçün böyük məbləğdə pul vəd edib.

Britaniya daxili işlər nazirinin müavini Tom Tugendhat Çin kəşfiyyatının LinkedIn sosial şəbəkəsindən casusluq üçün fəal şəkildə istifadə etməyə başladığını iddia etdiyi üçün ölkəsinin təkcə dövlət qulluqçularının deyil, həssas kommersiya məlumatlarına malik olan müəssisələrin, həmçinin elm adamları və tədqiqatçıların da diqqətli olmalı olduqlaarı barədə xəbərdarlıq edib.

Avqust ayında Britaniyanın elektron kəşfiyyat xidməti INews-a bildirib ki, Rusiya və Çindən olan hakerlər 2021-ci ildə Britaniya Xarici İşlər Nazirliyinin daxili sisteminə, xüsusən də səfirlər və diplomatlar arasında yazışmalara giriş əldə ediblər. Böyük Britaniya hökuməti bu faktı ictimailəşdirməməyi üstün tutub, çünki bu, çox utancverici sayılıb və hökumətdə çox səs-küyə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR