İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı boksçu ilk peşəkar döyüşünə çıxdı, rinqdə öldü

Britaniyalı boksçu Şerif Laval ilk peşəkar döyüşündə rinqdə vəfat edib.

29 yaşlı Laval bazar günü Londonda həmyerlisi Malam Varela ilə altı raundluq döyüşün dördüncü raundunda gicgahına dəyən zərbədən sonra yıxılıb.

Hakim boksçunun vəziyyətinin ciddiliyini anlayaraq dərhal döyüşü dayandırıb.

Həkimlər tərəfindən rinq kənarında ilkin müayinə olunan Laval xəstəxanaya aparılıb və orada öldüyü bildirilib.

Qeyd edək ki, Laval 2018-ci ildən boksla məşğul olub. O, keçən il Britaniya həvəskarlar çempionatında iştirak edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR