İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada marketlərdə ətə, pendirə açar vurulur –Oğurluq artıb (FOTO)

Böyük Britaniyada bəzi marketlərdə ət, pendir, qəhvə kimi məhsulların oğurlanmasının qarşısını almaq üçün onların üzərinə həyəcan siqnalı çalan qurğular taxılır.

Bu barədə “BBC Azərbaycanca” onlayn radio portalı məlumat verib.

Qeyd olunur ki, bəzi marketlər isə rəfə boş qəhvə qutuları qoyur. Həmin boş qutuların üzərinə yazılıb ki, “almaq istəyirsənsə, mağazamızın əməkdaşlarına müraciət edin”.

Bir sıra dükanlar isə məhsulların oğurlanmasının qarşısını almaq üçün rəflərdə onların sayını azaldıb.
Britaniyada ərzaq inflyasiyası aprel ayında 19,1 faiz təşkil edib ki, bu da son 45 ilin ən yüksək göstəricisidir.

BBC-nin təhlil etdiyi polis idarəsinin məlumatlarına görə, mart ayında dükanlardan məhsulların oğurlanması ilə bağlı 33 min hadisə baş verib. Bu, əvvəlki illə müqayisədə 30,9 faiz artım deməkdir.

Sosial mediada yayılan fotolarda Aldi mağazalarında həm pendirlərə, həm də ətlərə həyəcan kilidi vurulduğu görünür.

BBC-yə danışan “Aldi” nümayəndəsi bunun yerli mühafizə tədbiri olduğunu deyib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR