İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada il ərzində küçə oğurluqlarının sayı 150% artıb

Keçən il İngiltərədə küçə oğurluqlarının sayı 150% artıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 78 minə yaxın insan ən çox mobil telefon və çanta qapıb qaçan cinayətkarların qurbanı olub.

Səlahiyyətlilərə görə, İngiltərə və Uels küçələrində hər gün orta hesabla 200-dən çox oğurluq qeydə alınır ki, bu da son 10 ildən çox müddətdə ən yüksək səviyyədir və son 12 ildə illik orta göstəricidən 60% çoxdur. Bunu nəzərə alaraq, Britaniya Daxili İşlər Nazirliyi oğurlanmış cihazların təkrar bazarda satışını azaltmaq üçün texnologiya şirkətləri ilə smartfonların oğurluqdan sonra kilidləmə imkanlarının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR