İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada evlərin qızdırılmasına 1,5 milyard funt sterlinq ayrılacaq

Böyük Britaniya hökuməti enerji effektivliyinin yüksəldilməsinə dair hazırladığı planı təqdim edib.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, plan çərçivəsində İngiltərənin aşağı gəlirli sakinlərinə aid 130 min evin istilik təchizatı ilə bağlı işlərə 1,5 milyard funt sterlinq (1,62 milyard dollar) ayrılacaq.

Energetika nazirliyi nümayəndəsinin sözlərinə görə, bu tədbirlər sayəsində sakinlər hər bir ev üzrə elektrik ödənişinə ildə 400-700 funt sterlinq qənaət edə biləcəklər. Yaşayış yerlərinin modernləşdirilməsinə ayrılan pul regional orqanlar və sosial evlər təqdim edən təşkilatlar arasında bölüşdürüləcək. Müvafiq plana divar və çardaqların istilik izolyasiyası, ikiqat pəncərə şüşələri, habelə istilik nasosları və günəş batareyalarının quraşdırılması daxildir.

Britaniya hazırda fərdi evlərin enerji effektivliyinin Avropada ən aşağı səviyyədə olduğu ölkələrdən biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR