İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada etirazların qızışdırılmasında digər ölkələrin rolu öyrənilir

Böyük Britaniya hökuməti ölkədə etirazların artmasına kömək edə biləcək dezinformasiyanın onlayn yayılmasında digər ölkələrin rolunu araşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Qeyd olunur ki, Britaniya hakimiyyəti bu barədə sosial şəbəkələrlə əlaqəli şirkətlərə xəbərdarlıq edib, həmçinin bu cür məlumatların yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, iyulun 29-da İngiltərənin Sautport şəhərində 17 yaşlı yeniyetmə bıçaqla rəqs studiyasına hücum edərək 3 uşağı öldürüb. Faciə şəhərdə iğtişaşlara səbəb olub. Sosial şəbəkələrdə cinayəti törədənin müsəlman olması ilə bağlı saxta xəbərlər yayılıb. Bu söz-söhbət təkzib edilib - hücum edənin Uelsdə anadan olan Aksel Rudakubana olduğu ortaya çıxdı. Lakin məlumat miqrant axınına etirazlara səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR