İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Ukraynaya uzaqmənzilli raketlər göndərəcək

Böyük Britaniya Ukraynaya "Storm Shadow" markalı uzaqmənzilli raketlər göndərəcək.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Britaniyanın müdafiə naziri Ben Uolles təsdiqləyib.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə açıqlamasında bildirib ki, Rusiya Böyük Britaniyanın Ukraynanı "Storm Shadow" uzaqmənzilli raketlər ilə təmin etmək qərarına adekvat cavab verəcək.

Qeyd edək ki, Ukrayna uzun müddətdir dünya ölkələrinə müraciət edərək, uzaqmənzilli raketlər istəyirdi. Sözügedən raket 300 kilometr məsafədən hədəfi məhvetmə gücünə malikdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR