İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya “uçan taksi”nin sınaqlarına başladı: 2028-ci ilədək istismara veriləcək

Britaniyanın “Vertical Aerospace” şirkəti yaxın illərdə sərnişinlərin daşınması üçün istifadə edilməsi planlaşdırılan “uçan taksi”nin Avropada ilk dəfə açıq hava məkanında uçuşunu həyata keçirib.

Musavat.com xəbər verir ki, məlumatı The Daily Telegraph (DT) yayıb.

Qeyd olunur ki, VX4 elektrik təyyarəsinin prototipi sürətlənmə üçün yerli hava limanının uçuş-enmə zolağından istifadə edərək İngiltərənin cənub-qərbindəki Kotsvolds bölgəsi üzərində eksperimental uçuş həyata keçirib. “Uçan taksi”ni pilot Simon Davis idarə edib.

Nəşrin məlumatına görə, növbəti sınaq VX4-ün şaquli uçuş imkanlarını nümayiş etdirməyə və kruiz uçuş rejiminə keçidə yönəldiləcək.

Daha əvvəl nəqliyyat nazirinin müavini Mayk Keyn Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) üzvlərinə hökumətin 2028-ci ilə qədər “uçan taksi” yaratmağa ümid etdiyini bildirib. DT qeyd edib ki, Böyük Britaniya hakimiyyəti VX4-ün inkişafı üçün Vertical Aerospace-ə milyonlarla funt sterlinq ayırıb. Bildirilir ki, taksi-təyyarə dörd sərnişin daşıya bilir, 160 km-ə qədər uçuş məsafəsinə malikdir və 240 km/saat sürətə çatır.

Vertical Aerospace, əvvəllər enerji şirkəti OVO Energy-ni quran və Manor Racing komandasının sahibi olan iş adamı Stiven Fitzpatrik tərəfindən yaradılıb. Bu ilin əvvəlində o, innovativ şirkət üzərində nəzarəti maliyyə cəhətdən çətinlik çəkən startapı xilas etmək üçün 50 milyon funt-sterlinq (70 milyon dollar) yatırmış Amerika investisiya fondu Mudrick Capital-a verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR