Onlayn ictimai-siyasi qəzet
İngiltərə parlamentində Şimali Kiprlə bağlı mühüm təşəbbüs gündəmə gəlib. Britaniya parlamentinin üzvü Semi Uilson (Sammy Wilson) tərəfindən təqdim olunan “Erkən Gün Təklifi” (Early Day Motion), Londondan birbaşa Ercan hava limanına uçuşların bərpasını tələb edir.
Musavat.com xəbər verir ki, bu təklif 2007-ci ildən bəri Böyük Britaniya parlamentində Türk icması ilə bağlı irəli sürülmüş ilk müsbət məzmunlu rəsmi sənəd kimi qiymətləndirilir. Təklifdə qeyd olunur ki, hazırda Böyük Britaniyada yaşayan 300 mindən artıq Kıbrıslı Türk və Şimali Kiprdə məskunlaşmış minlərlə Britaniya vətəndaşı tətbiq edilən səyahət məhdudiyyətlərindən ciddi əziyyət çəkir.
Təklifdə vurğulanır ki, Ercan Hava Limanı beynəlxalq təhlükəsizlik standartlarına cavab verir və bu səbəbdən də birbaşa uçuşlara heç bir texniki və hüquqi əngəl qalmamalıdır.
Xatırladaq ki, keçmiş parlament sessiyası zamanı 50-dən artıq deputat bu məhdudiyyətin diskriminativ olduğunu bildirmiş və aradan qaldırılması üçün çağırış etmişdi. Yeni təqdim olunan təklifin məqsədi yalnız texniki bir məsələni həll etmək deyil, həm də ailə üzvlərinin daha rahat səfər etməsini təmin etmək, ədalətli yanaşmanı gücləndirmək və Böyük Britaniyanın Şərqi Aralıq dənizi bölgəsindəki strateji mövqeyini möhkəmləndirməkdir.
Təklifin təqdim edildiyi 2 iyun 2025-ci il tarixi, Türk tərəfinin uzun illərdir davam etdirdiyi bərabərlik mübarizəsində mümkün dönüş nöqtəsi kimi qiymətləndirilir.
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ