İnsanlara hürriyət, millətlərə istiqlal!

“Togg” Avropanı FƏTH EDİR: Bu ölkədə satışa çıxarılır

Türkiyənin ilk elektromobili olan “Togg T10X” modeli 2025-ci ilin sonuna qədər Almaniyada satışa çıxarılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, avtomobilin istehsalçısı olan “Togg” şirkəti modellərini 9-14 sentyabr 2025-ci il tarixlərində Münhendə keçiriləcək “IAA Mobility” sərgisində təqdim edəcək.

Hazırda “Togg” Türkiyədə elektromobil bazarının lideridir. 2025-ci ilin ilk yarısında 17 min 101 ədəd “T10X” satılıb ki, bu da bazarın təxminən 20 faizini təşkil edir.

“Togg T10X”in kütləvi istehsalına 2022-ci ildə başlanılıb. Şirkət ötən il fastback “T10F” modelini də təqdim edib. Bu model üzrə yaxın günlərdə ilkin sifarişlərin qəbuluna başlanacağı gözlənilir.

Hazırda “Togg”un Almaniyada satışlara dəqiq nə vaxt başlayacağı və bu prosesin detalları rəsmi olaraq açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR