İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatı: “Rus komandirlər dilemma qarşısında qalıblar”

“Rusiya Silahlı Qüvvələrinin komandirləri dilemma qarşısında qalıblar. Onlar ya Rusiyanın sərhəd bölgələrini müdafiə etməli, ya da Ukraynadakı mövqelərini gücləndirməlidirlər”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, dünən, iyunun 1-də partizan dəstələri ikinci dəfə Rusiyanın Belqorod vilayətinə hücum ediblər:

“Bu, son 10 gün ərzində ikinci belə hücumdur”.

Məlumatda qeyd olunub ki, Rusiyadakı dinc sakinlər artıq Belqoroddan təxliyə olunub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR