İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Hindistandan gətirilən "Kuhi-nur" almazını itirə bilər

Hindistan hökuməti müstəmləkə dövründə Böyük Britaniyaya aparılmış minlərlə qiymətli artefaktı geri qaytarmaq üçün uzunmüddətli diplomatik kampaniyaya başlayır.

Musavat.com xarici mənbələrə istinadla xəbər verir ki, Hindistanın nazirlik və diplomatik heyəti imperiya dövründə Britaniyaya aparılmış potensial minlərlə artefaktın geri qaytarılmasında iştirak edəcək.

Nəşr bildirir ki, bu, Böyük Britaniyanın indiyədək üzləşdiyi artefaktların geri qaytarılması üçün ən böyük tələb ola bilər. Xüsusilə Hindistan dünyanın ən məşhur "Kuhi-nur" almazlarından birini geri qaytarmağı planlaşdırır.

Bu tipdən olan nadir almazlardan biri də Nadir şah tərəfindən İrana aparılıb, sonradan səfir Qriboyedovun Tehranda qətlə yetirilməsinə bədəl olaraq Rusiya imperiyasına verilib və hazırda bu ölkənin almaz fondunda saxlanılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR