İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya “Brexit” səbəbindən hər il 124 milyard dollar itirir

Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Brexit) səbəbindən investisiyaların yarımçıq qalması, kadrların və ticarət gəlirlərinin itirilməsi ölkə iqtisadiyyatına hər il 100 milyard funt sterlinqə (124 milyard dollar) başa gəlir.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, 2022-ci ilin nəticələrinə görə, Avropa İttifaqının tərkibində qalacağı təqdirdə Böyük Britaniyanın ümumdaxili məhsulunun həcmi dörd faiz çox olacaqdı. Eyni zamanda, Birləşmiş Krallıq Aİ-dən olan 370 minə yaxın işçini itirib.

Avropa İslahatları Mərkəzinin hesablamalarına görə, “Brexit” 2022-ci ilin iyun ayına qədər ölkəyə 33 milyard funt-sterlinq (40 milyard dollar) zərər vurub.

Xatırladaq ki, Böyük Britaniya 2020-ci il fevralın 1-də Avropa İttifaqını tərk edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR