İnsanlara hürriyət, millətlərə istiqlal!

"Britaniya Azərbaycan əleyhinə qətnamənin qəbuluna veto qoya bilər, çünki..." 

"Böyük Britaniya bu gün BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan qətnaməyə veto qoya bilər".

Bu sözləri britaniyalı politoloq Neil Vatson Musavat.com-a açıqlamasında deyib.

nail.jpeg (91 KB)

Politoloq qeyd edib ki, Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bunu edə bilər.

"Məlum olduğu kimi, Böyük Britaniya-Azərbaycan münasibətləri Avropada ən güclü əlaqələrdir və Azərbaycanın haqlı perspektivinə güclü dəstək var", - deyə N.Vatson bildirib.

Politoloq vurğulayıb ki, Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar müraciətinin BMT Təhlükəsizlik Şurasında nəzərə alınacağı ehtimalı cüzidir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR