Onlayn ictimai-siyasi qəzet
“Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer USAİD-in rəhbəri Samanta Pauere Qarabağın digər sakinlərinə, daha doğrusu vətənə qayıtmaqdan məmnunluq duyan erməni hərbçilərə diqqət yetirməyi tövsiyə edib.
Musavat.com xəbər verir ki, bu barədə caliber.az saytı məlumat yayıb.
Brenda Şaffer “X” sosial şəbəkəsində Pauerin Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş ermənilərlə görüşü barədə paylaşımına münasibət bildirib.
“Siz Qarabağda yaşayan Ermənistandan olan 12 min hərbçi və onların ailə üzvləri (daha 20 min) ilə də danışdınızmı? Onlar yəqin ki, evlərinə qayıtmağa şad olublar”, - deyə statusda qeyd olunub.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ