İnsanlara hürriyət, millətlərə istiqlal!

Bred Pitt ilk dəfə yeni sevgilisi ilə görüntülənib

Hollivud aktyoru Bred Pitt və sevgilisi İnes de Ramon Venesiya Film Festivalının qırmızı xalçasında debüt ediblər.

60 yaşlı Bred Pitt və 34 yaşlı İnes de Ramon aktyorun baş rollardan birini ifa etdiyi "Tənha canavarlar" filminin premyerasında görünüblər. Tədbirdə sevgililər bir-birilərini qucaqlayıb və gülümsəyiblər. Bred Pitt çıxış üçün qara köynək, kostyum və ayaqqabı seçib. İnes de Ramon ağ dar maksi paltar geyinib, onu iri sırğalar və qızılı klatçla tamamlayıb.

Qırmızı xalçada sevgililər trillerdə rol alan aktyor Corc Kluni və həyat yoldaşı Amal Kluni ilə birlikdə çəkiliblər.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Bred Pitt və İnes de Ramonun münasibətləri haqqında ilk şayiələr yayılmışdı. Cütlük Los-Ancelesdə Bononun konsertində, daha sonra isə aktyorun yeni filmi "Babil"in premyerasında birlikdə görünmüşdülər. Pittin yeni sevgilisi diyetoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, məşhurlar cəmiyyətinə "Vampirin gündəlikləri" serialının aktyoru Pol Uesli ilə evliliyi sayəsində daxil olub.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR