İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyanın sabiq prezidenti altı aylıq viza üçün ABŞ-yə müraciət edib

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru altı aylıq ABŞ vizası üçün müraciət edib.

“Report” “Financial Times”a xəbər verir ki, bu barədə Bolsonarunun vəkili Felipe Aleksandr bildirib.

“Məncə Florida onun evdən uzaqda müvəqqəti yaşayış məskəni olacaq”, - o nəşrə deyib.

Nəşr qeyd edib ki, hüquqşünas eks-prezidentə müraciətə baxılma müddətində ABŞ-ni tərk etməməyi tövsiyə edib.

Qeyd edək ki, Bolsonaru 2022-ci il dekabrın sonunda seçkilərdə məğlub olduqdan sonra ABŞ-yə gedib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR