İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada prezidentə SUİ-QƏSD iddiası: 5 nəfər SAXLANILDI

Braziliya polisi prezident Luiz İnasio Lula da Silvanı öldürməyi və hökuməti devirməyi planlaşdırdığı iddiası ilə 4 hərbçi və bir polis məmurunu həbs edib.

Ali Məhkəmənin hakimi Aleksandra De Moraes, xüsusi təyinatlı qüvvələrdə təlim görmüş 4 hərbçi və yüksək rütbəli bir polis məmurunun dövlət çevrilişi planlaşdırdığı iddiası ilə həbs edildiyini açıqlayıb.

"Onlar seçilmiş hökumətin vəzifəyə başlamasının qarşısını almaq, demokratiyanın sərbəst şəkildə həyata keçirilməsinə mane olmaq və Braziliya məhkəmə sisteminin nüfuzunu sarsıtmaq istəyirdilər", - deyə De Moraes bildirib.

Saxlanılan şəxlərin prezident seçilmiş Lula da Silvanı, həmçinin vitse-prezident Geraldo Alkmini və Ali Məhkəmənin hakimi De Moraesi öldürməyi planlaşdırdığı qeyd olunur.

Hüquq mühafizə orqanları mənbələrindən verilən məlumata görə, G20 Liderlər Sammitinin təhlükəsizlik missiyasında xidmət edən şübhəlilər Rio-de-Janeyro şəhərində yaxalanıb.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR