İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya ABŞ-dan "əl-qandallı deportasiya" ilə bağlı izahat tələb etdi

24 yanvar tarixində 88 braziliyalının deportasiya olunduğu təyyarə Manaus şəhərinə eniş edib.

Musavat.com xəbər verir ki, deportasiya edilən şəxslərin əllərinin qandallı olması Braziliya hökumətinin dərhal tədbir görməsinə səbəb olub.

Deportasiya edilən şəxslər uçuş zamanı ağır şəraitlərdən şikayətləniblər. Onlar su və tualetə çıxış imkanlarının olmadığını, həmçinin yüksək istilik səbəbindən bəzilərinin huşunu itirdiyini bildiriblər.

Bu açıqlamalar Braziliyada geniş etiraza səbəb olub. Ədliyyə naziri Rikardo Levandovski bunu "vətəndaşların hüquqlarına qarşı kobud hörmətsizlik" kimi dəyərləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR