İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya ABŞ-dan eks-prezidenti tələb edir

Senator Renan Kalheiros keçmiş dövlət başçısı Jair Bolsonaronun ABŞ-dan ekstradisiyası üçün Braziliya Ali Məhkəməsinə sorğu təqdim edib. Bu barədə “Brasil247” portalı məlumat yayıb.

İddiaçı bunu siyasətçinin ölkədəki iğtişaşlarda “danılmaz” iştirakı və bunun üçün onun məsuliyyətə cəlb edilməsinin zəruriliyi ilə əsaslandırır. Kalheiros ölkədə ictimai asayişi təmin etmək üçün Bolsonaronun 72 saat ərzində Braziliyaya göndərilməsini tələb edib.

Xatırladaq ki, Braziliya prezidenti Lula da Silva əsas siyasi rəqibi Jair Bolsonaronun tərəfdarları tərəfindən təşkil edilən iğtişaşlar səbəbindən paytaxtda fövqəladə vəziyyət tətbiq edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR