İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük təhlükə: buzlaqların çoxu 2100-cü ilə qədər əriyəcək

Qlobal temperatur artımının indiki sürətlə davam edəcəyi təqdirdə 2100-cü ilə qədər qurudakı buz kütləsinin 32 faizi əiyəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ alimləri yeni peyk görüntülərindən istifadə edərək müxtəlif iqlim dəyişikliyi ssenarilərini və onların mümkün təsirlərini aşkar edərək bu qənaətə gəliblər.

Tədqiqata rəhbərlik edən ABŞ-ın Karneqi Mellon Universitetindən buzlaq üzrə alim David Rouns bildirib ki, son illərdə buzlaqlardakı dəyişikliyi araşdırmaq üçün daha çox peyk görüntülərindən istifadə edilib və hər bir buzlaqın gələcəyi ayrıca qiymətləndirilir.

Rouns bildirib ki, qlobal temperatur artımı davam edərsə, buzlaqların 68 faizi yox olacaq.

"Buzlaqların bu əriməsi dəniz səviyyəsinin artımını 115 millimetrə qədər artıra bilər",- Rounce bildirib.

Tədqiqatçılar müşahidə ediblər ki, qlobal temperatur artımı beynəlxalq ictimaiyyətin müəyyən etdiyi 1,5 dərəcə Selsi səviyyəsində saxlanılsa belə, buzlaq kütləsinin 26 faizi yox ola bilər.

Bundan əlavə, bildirilib ki, 2100-cü ilə qədər qlobal temperatur artımı BMT-nin proqnozlaşdırdığı kimi 2,1 ilə 2,9 dərəcə Selsi arasında olarsa, demək olar ki, bütün Avropa, Qərbi Kanada, ABŞ və Yeni Zelandiyadakı dağ buzlaqları yox ola bilər.

Dünyada 2 milyard insanın təmiz suya ehtiyacı qurudakı 215 000-dən çox buzlaqdan əldə edilir, lakin buzlaqların əriməsi dənizin səviyyəsinin qalxmasına səbəb olduğu üçün dəniz kənarında yaşayan milyardlarla insan üçün təhlükə yaradır. Araşdırma "Science" jurnalında dərc olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR