İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib - YENİLƏNİB

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

***

Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Conson bu gün Mühafizəkarların lideri vəzifəsindən istefa verəcək - o, payıza qədər baş nazir vəzifəsini davam etdirəcək.

Mühafizəkar liderlik yarışı bu yay keçiriləcək və oktyabrda Tory partiyasının konfransında yeni baş nazir təyin ediləcək.

****

Boris Conson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub.

Atasının babası Əli Kamal - türkiyəli jurnalist, Osmanlı İmperiyasının son Böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olmuşdur. Bu vəzifədə olaraq o, Kamal Atatürkün həbsinə əmr vermişdir. Atatürk hakimiyyətə gəldikdən sonra general Nurəddin Konyarın əmri ilə Əli Kamal edam edilmişdir.

Bundan sonra Boris Consonun babası Osman Əli İngiltərəyə qaçır və burada Uilfred Conson (ing. Wilfred Johnson) adını qəbul edir.

Ata nənəsi Hənifə Fered, Qafqaz müharibəsi zamanı Osmanlı İmperiyasına qaçan çərkəzlərdən idi.

Boris Consonun anasının babası, Calvariyadan olan (indiki Litvada, o zaman Rusiyada) yəhudi mənşəli amerikalı alim-paleoqraf Elias Everi Levidir (1879-1969).

Anasının nənəsi, Helen Treysi Lav-Porter (1876-1963), alman dilindən bədii nəsri tərcümə edən Amerika tərcüməçidir. Əslən Tauandadandır (Bredford dairəsi, Pennsylvaniya ştatı).

Boris Conson 2020-ci il martın 27-də Covid-19-a yoluxub, apreldə isə xəstəxanadan evə buraxılıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR