Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya və Ukrayna Kiyevə Britaniya silahlarının tədarükü üçün kredit dəstəyi haqqında saziş imzalayıblar.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, müqavilə Britaniya tədarükçülərinin Ukrayna ilə 2 milyard funt sterlinq (2,58 milyard dollar – red.) dəyərində kredit müqavilələri bağlamaq imkanlarını nəzərdə tutur: “Söhbət, xüsusən, təchizat və təmirdən, həmçinin hava hücumundan müdafiə sistemlərinin, zirehli texnikanın, döyüş sursatlarının qismən istehsalından gedir”.
Eyni zamanda, Ukrayna “texnologiyaları almağı və artilleriya qurğuları və Qərb tipli zirehli maşınlar üçün lülələrin, ehtiyat hissələrinin və komponentlərinin qismən istehsalını mənimsəməyi” gözləyir. Kreditin qaytarılma müddəti 15 il müəyyən edilib.
Sənədi Londonda iki ölkənin müdafiə nazirləri Rustem Umerov və Con Healey Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Kir Starmerin iştirakı ilə imzalayıblar. Starmer və Healey ilə görüşdükdən sonra Zelenski Britaniya Nazirlər Kabinetinin iclasında iştirak edərək, 27 ildə belə bir hüquq əldə edən ilk xarici lider olub.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ