İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada qatarların hərəkəti dayandı

London və Paris, Brüssel və Amsterdam arasında dəmir yolu xidmətlərini həyata keçirən “Eurostar” dekabrın 30-da bütün qatarların hərəkətini ləğv etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, buna səbəb İngiltərə paytaxtı yaxınlığındakı tuneldə baş verən daşqındır.

“Eurostar” “X” (keçmiş Tvitter) sosial media hesabında bəyan edib ki, London yaxınlığında yüksək sürətli xəttdə tuneldə daşqın səbəbindən dekabrın 30-da paytaxta daxil olan və ya çıxan bütün qatarları ləğv etmək məcburiyyətində qalıblar.

Bundan əvvəl şirkət Britaniya paytaxtından şənbə gününə planlaşdırılan 14 qatar reysinin ləğvi barədə məlumat vermişdi.

Qatarların hərəkətinin ləğvi bütün həftə Böyük Britaniyada davam edən Gerrit fırtınasının yaratdığı fəsadlarla bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR