İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya taxt-tacı şahzadə Harrinin yeni açıqlamaları ilə çalxalanır

Böyük Britaniyada kral ailəsinin yüksək vəzifəli üzvləri Kral III Çarlzın kiçik oğlu, Sasseks hersoqu şahzadə Harrinin mətbuata sızan xatirələri indidən ölkə gündəminə bomba kimi düşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, çapa bir neçə gün qalmaısna rəğmən şahzadənin “Ehtiyat” (“Spare”) adlı kitabı artıq “qalmaqallı və partlayıcı” kimi qələmə verilir.

Şahzadə Harri tərcümeyi-halında yxın qohumlarına qarşı bir sıra skandal xarakterli ittihamlar irəli sürür.
Kitabda ən çox maraq doğuran yerlər şahzadə Harrinin qardaşı Uilyamla olan mübahisəsi haqqında yazdığı hissələrdir. Harri münaqişənin həyat yoldaşı, amerikalı aktrisa Meqan Markla görə baş verdiyini iddia edir. “The Guardian” şahzadənin sözlərindən sitat gətirib: “O, yaxamdan tutdu, boynumdakı bağı qırdı və məni yerə yıxdı.

Şahzadənin iddiasına görə 2019-cu ildə baş verən davaya şahzadə Uilyamın Meqan haqqında söylədiyi fikirlər səbəb olub. Uilyam qardaşının evliliyini tənqid etdiyi, həyat yoldaşını "çətin, kobud və sərt" adlandırdığı deyilir. Şahzadə Harri qardaşının daha sonra qayıtdığını və baş verənlərə peşman olduğunu bildirib.

Şahzadə həmçinin 2005-ci ildə "Halloween" kostyum ziyafətinə nasist forması geyinməyi məsləhət görənin məhz Uilyam və onun o vaxtkı sevgilisi və indiki həyat yoldaşı Ketrin olduğunu söyləyir. Harri iddia edir ki, o əslində pilot kostyumu geyinə bilərdi. Lakin Uilyam və Ketrin gülərək birinci variantı bəyəniblər. Şahzadənin nasist geyimində fotoşəkili sonradan "San" tabloidinin ön səhifəsində yerləşdirilib. Şahzadə bununla təxribata çəkildiyini iddia edir.

Öz tərcümeyi-halında Harri Uilyamdan həm "qatı düşməni", həm də "sevimli qardaşı" kimi bəhs edir. O yazır ki, kral ailəsindəki rollara görə onlar arasında həmişə rəqabət olub.

Şahzadə Harri öz xatirələrində Uilyamla münasibətlərindəki problemlərdən əlavə, kokaindən istifadə təcrübəsindən, eşq macəralarından danışır, atasının yenidən evlənmək istəmədiyini xatırladır. Kitabın əhəmiyyətli bir hissəsi anası şahzadə Diananın ölümü ilə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR