İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya mətbuatı Trampın Londona səfərinin ləğvini tələb edir – “Zorba Tramp üçün səfəri dayandırın”

Böyük Britaniyanın The Mail on Sunday qəzeti, ABŞ Prezidenti Donald Trampın ölkəyə planlaşdırılan dövlət səfərinin ləğv olunması üçün çağırış edib.

Musavat.com xəbər verir ki, qəzetin manşetində “Zorba Tramp üçün dövlət səfərini dayandırın” başlığı yer alıb.

Qeyd olunur ki, bu çağırış Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərgilədiyi qeyri-diplomatik davranış və sərt iradlarından sonra gündəmə gəlib. Britaniya parlamentində bəzi siyasətçilər və yüksək rütbəli rəsmilər Trampın bu hərəkətini “utancverici” və “qəbuledilməz” adlandıraraq, onun səfərinin təxirə salınmasını tələb edirlər.

Eyni zamanda, Britaniya Baş naziri Kir Starmer Ukrayna liderini Downing Street 10-da səmimi şəkildə qarşılayaraq, ona dəstəyini ifadə edib. Qəzetin baş yazısında qeyd edilir ki, Böyük Britaniya əsl müttəfiqlərini necə qəbul etməyi bilir və Zelenskinin Kralla görüşü də bunun bariz nümunəsidir. 

266c730d-5008-4d23-9d16-70ff1d6ac158.jpg (132 KB)

Tramp administrasiyasının planlarına əsasən, ABŞ Prezidentinin yaxın həftələrdə Londona rəsmi səfəri gözlənilirdi. Lakin Britaniya ictimaiyyətində və siyasi dairələrində bu səfərə qarşı ciddi etirazlar səsləndirilir. Bir çox ekspertlər Trampın son çıxışlarının ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərinə zərbə vurduğunu qeyd edirlər.

Hazırda Böyük Britaniya hökumətinin Trampın səfəri ilə bağlı qərarının necə olacağı diqqətlə izlənilir. Britaniya mətbuatında isə ABŞ-ın yeni administrasiyasının Ukraynaya yanaşması və Trampın diplomatik etiket qaydalarına əməl etməməsi ilə bağlı tənqidi fikirlər artır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR