İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya kralını Yorkda yumurta atşinə tutdular

Böyük Britaniya kralı III Çarlz və onun həyat yoldaşı Kamilla İngiltərənin şimalında York şəhərinə səfəri zamanı yumurta hücumuna məruz qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, görüntülərə əsasən, çərşənbə günü şəhərdə gəzinti zamanı monarx və onun həyat yoldaşına 3 yumurta atılıb. Yumurtalaırn heç biri krala dəyməyib. Polis şübhəli şəxsi saxlamağı bacarıb. Müşahidəçilər bir müddət əvvəl həmin adamın “Bu ölkə qulların qanı üzərində qurulub, o mənim kralım deyil!” qışqırdığını eşidiblər.

Xatırladaq ki, 2022-ci ilin əvvəlində Kraliça II Elizabet Nottingemdə olarkən onun da maşınına yumurta atılmışdı. 1995-ci ildə Çarlz şahzadə olan zaman Dublində gedərkən bir qrup etirazçının hücumuna məruz qalmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR