Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya iqtisadiyyatı 2024-cü ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0,6 faiz böyüyüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Statistika İdarəsi (ONS) açıqlayıb.
Nəticə "Trading Economics" analitiklərinin orta proqnozu ilə üst-üstə düşüb.
Beləliklə, ÜDM-in artım tempi birinci rübdəki 0,7 faizdən aşağı düşüb.
Aprel-iyun aylarında xidmət sektorunda 0,8 faiz artım, istehsal və tikinti sektorunda 0,1 faiz azalma qeydə alınıb.
İstehlak xərcləri 0,4 faiz, biznes investisiyaları da 0,4 faiz, dövlət xərcləri isə 1,4 faiz artıb.
İxrac 0,8 faiz (bundan əvvəl ardıcıl beş rüb azalmadan sonra), idxal isə 7,7 faiz artıb.
İkinci rübdə Britaniya ÜDM-də artım illik ifadədə 0,9 faiz təşkil edib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ