İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya hökumətində növbəti parçalanma: Müdafiə naziri vəzifəsini tərk etməyi düşünür

 

Böyük Britaniya müdafiə naziri, Ben Uolles dörd il müdafiə naziri işlədikdən sonra payızda hökuməti tərk etməyi düşünür.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Rusiyanın Ukrayna torpaqlarının işğalına qarşı ən sərt reaksiya göstərənlərdən biri olan və Boris Consonun yaxın adamı sayılan Uolles siyasətdən tamamilə getməyi düşünür.

Gələn informasiyalara əsasən, Uolles  baş nazir Rişi Sunak və hökuməti dəstəkləməyə davam edəcək və onun gedişi Mühafizəkarlar Partiyasının hazırkı problemləri ilə bağlı olmayacaq.

Xatırladaq ki, Ben Uollesin NATO baş katibliyinə ən real namizədlərdən biri olduğu bildirilirdi.

Bundan əvvəl Uolles göstərilən hərbi yardımlara görə Ukraynaadan hər hansı təşəkkürün gəlməməsindən qəzəbləndiyini ifadə etmişdi. Onun sözlərinə görə, “Zelenskinin ofisi Qərb ölkələrinə Amazon mağazası kimi yanaşır”, “verilən köməyə görə “təşəkkür edirəm” deməyin adət olduğunu unudur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR