Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya avtomobil sənayesində 70 ilin ən pis nəticəsi: İstehsal və ixrac...
Böyük Britaniyada avtomobil istehsalının 2024-cü ildə 13,9 faiz azalaraq 779,584 min ədəd təşkil edib.
Musavat.com xəbər verir ki, məlumatı Trading Economics yayıb. Portala görə, bu, COVID-19 pandemiyası dövrü istisna olmaqla, 1954-cü ildən bəri ən aşağı səviyyədir.
İl ərzində daxili bazar üçün 176,019 min avtomobil istehsal olunub (illiklə müqayisədə 8 faiz azalma). İxrac üçün avtomobil istehsalı 15,5 faiz azalaraq 603,565 min ədəd təşkil edib. Belə ki, Böyük Britaniyada istehsal olunan avtomobillərin təxminən 77,4 faizi ixrac edilib. Avropa İttifaqı Britaniya avtomobillərinin əsas ixrac istiqaməti olaraq qalıb - ixracın təxminən 54 faizi, lakin bu istiqamətə çatdırılma 24,3 faiz azalıb. Eyni zamanda Çinə ixrac 21,8 faiz azalıb, ABŞ-a isə 38,5 faiz artıb.
Elektromobillərin və hibrid modellərin istehsalı 275 896 min ədədə ( azalma 20,4 faiz) düşməklə ölkədə istehsal olunan bütün avtomobillərin 35,4 faizini təşkil edib.
Onu da bildirək ki, ötən il Böyük Britaniyadan Azərbaycana 2000-ə yaxın minik avtomobili idxal olunub. Xarici mətbuatın yazdığına görə, bu avtomobillərin mühüm hissəsi lüks avtomobillərdir.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ