İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyrəklər üçün POTENSİAL TƏHLÜKƏ TAPILDI

Şimali Sıçuan Tibb Kollecindən bir qrup mütəxəssis böyrək daşları üçün yeni bir risk faktoru tapıb.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, sözügedən araşdırma "Frontiers in Nutrition" jurnalında dərc olunub.

İlk də qeydə alınan məlumata görə, əlavə şəkərlərin, o cümlədən dondurma və peçenyelərin həddindən artıq istehlakı böyrək daşlarının əmə gəlməsinə səbəb ola bilər.

Araşdırma zamanı müəlliflər 30 minə yaxın iştirakçının 2007-ci ildən 2018-ci ilə qədər toplanmış məlumatlarını təhlil ediblər. Onlardan böyrək daşlarının tarixçəsi, həmçinin pəhrizləri, o cümlədən əlavə şəkərlərin gündəlik qəbulu barədə soruşulub.

Daha sonra könüllülər pəhrizdəki meyvələr, tərəvəzlər və taxıl məhsulları kimi sağlam komponentlərin miqdarına, duz, doymuş yağlar və duz kimi potensial zərərli qidaların orta dərəcədə istehlakına əsaslanaraq Sağlam Pəhriz İndeksində (HEI-2015) sıralanıblar.

Nəticələrə cins, yaş, irq və ya etnik mənsubiyyət, gəlir, bədən kütləsi indeksi (BMI), siqaret və diabet üçün düzəliş etdikdən sonra, tədqiqatçılar daha çox şəkər qəbul edən iştirakçılarda böyrək daşlarının əmələ gəlməsi ehtimalının daha çox olduğunu aşkar ediblər.

Tədqiqat zamanı şəkər qəbulu ən çox olan şəxslərin dörddə birində böyrək daşlarının əmələ gəlmə ehtimalı 39 faiz daha çox olub.

Ümumi enerjisinin 25 faizindən çoxunu əlavə edilmiş şəkərlərdən alan könüllülər, ümumi enerjisinin 5 faizindən azını şəkərdən alanlara nisbətən 88 faiz daha çox olubş.

Qeyd edilib ki, indiyə qədər bu fenomenin mexanizmləri müəyyən edilməyib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR