İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosniya və Herseqovina ABŞ-dan “Javelin” tank əleyhinə raket sistemləri alacaq

Bosniya və Herseqovina ABŞ-dan “Javelin” tank əleyhinə raket sistemləri, o cümlədən hava hücumundan müdafiə kompleksləri, qısa və orta mənzilli raket qurğuları alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın baş qərargah rəisi Senad Masoviç deyib.

ABŞ-a səfəri çərçivəsində S.Masoviç Bosniya və Herseqovina Silahlı Qüvvələrinin tank və zirehli texnikaya qarşı hava hücumundan müdafiə və döyüş qabiliyyətinin təkmilləşdirilməsi imkanlarının müzakirə edildiyini deyib.

O, ABŞ-ın ölkəsinə və Bosniya Silahlı Qüvvələrinə güclü dəstək verdiyini bildirib. Həmçinin ABŞ ordusu Bosniya və Herseqovina Silahlı Qüvvələri ilə birgə təlimlər keçirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR