İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrelldən Macarıstana: Sizi Avropa Birliyində zorla tutan yoxdur

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Macarıstan hökumətinin başçısı Viktor Orbana “heç kimin Macarıstanı zorla Avropa İttifaqının tərkibində saxlamadığını” söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla Borrel “Avropa İttifaqını SSRİ-nin pis parodiyası” adlandıran Macarıstan baş nazirinin sözlərinə cavab vermiş olub.

Avropa Birliyi diplomatiyasının rəhbəri “Avropa və Dünya” konfransı zamanı 1956-cı ildə Sovet tanklarının onun küçələrindən keçdiyi Budapeşti xatırladığını bildirib. Onun sözlərinə görə, Macarıstanın “sovet işğalı” dövrü ilə Avropa İttifaqında baş verən proseslər arasında heç bir oxşarlıq yoxdur. Çünki hazırda heç kim Macarıstanı hərbi gücdən istifadə edərək AB-də qalmağa məcbur etmir.

Qeyd edək ki, Orban “Macarıstanın sosialist blokunun bir hissəsi olmasını faciə saydığını, lakin ölkənin hazırda Avropa Birliyinə üzvlüyünün ən yaxşı halda komediya olduğunu” dilə gətirib.

Macarıstanın baş naziri, həmçinin “Brüsseli SSRİ-nin müasir parodiyası” adlandırıb. Çünki ona görə, “Budapeşt hər şeydə Moskvaya tabe olmalı idisə, indi də Brüsselin təsiri altına düşməyə məcburdur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR