İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrell: Humanitar yardım lazımdır, lakin...

Borrell Qəzzaya humanitar yardım göndərilməsindən danışıb. 

Musavat.com xəbər verir ki, Qəzza Forumu iclasının yekunu üzrə Barselonada keçirilən mətbuat konfransında çıxış edən Aİ diplomatiyasının rəhbəri Cosep Borrell bildirib ki, mülki əhalinin əziyyətini yüngülləşdirmək üçün humanitar yardımın həcmini artırmaq lazımdır.

“Amma ertəsi gün öldürüləcək birinə yemək verməyin mənası yoxdur. Biz bombardmanı dayandırmalı və daha çox ölümün baş verməsindən qaçmalıyıq. Humanitar yardım lazımdır, lakin bu, kifayət deyil”, - Borrell bildirib.

O qeyd edib ki, hazırda prioritet daimi atəşkəs sazişinin bağlanmasıdır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR