İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrelin rəhbərlik etdiyi xidmətə bunlar QADAĞAN olundu

Avropa İttifaqı Xarici Əlaqələr Xidməti ona ayrılan büdcədən artıq xərcləmələrə yol verib.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, artıq xərcləmələri kompensasiya etmək üçün diplomatlara dünya üzrə səyahətləri məhdudlaşdırmaq, işlədikləri yerlərdə mənzil almaq və bir sıra tədbirləri keçirməmək tapşırılıb. Brüsselin tələbindən xəbərdar olan 5 məmur dərhal qənaət rejiminin tətbiq edildiyini nəşrə bildirib. Onlar qeyd ediblər ki, xərclər çox böyük olub.

Cozep Borrelin rəhbərlik etdiyi xidmət razılaşdırılmış xərc limitlərini pozduqdan sonra 43 milyon avro - planlaşdırılan büdcənin demək olar ki, 5 faizini azaltmaq əmr olunub. Eyni məbləğin 2025-ci ildə də qənaət edilməsi təklif edilir ki, bu da “daha qətiyyətli hərəkətlər” tələb edir.

Rəsmilər daşınmaz əmlak satmalı olacaqlarını istisna etmirlər, həmçinin gələn il Aİ Afrika və Latın Amerikasında diplomatik mövcudluğunu saxlamaya bilər.

Qeyd edək ki, Aİ-nin Barbados və Vatikan kimi kiçik dövlətlər də daxil olmaqla, dünya üzrə 145 missiyası var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR