İnsanlara hürriyət, millətlərə istiqlal!

Borreldən müzakirə yaradan AÇIQLAMA: Ukraynaya yardımı dayandırsaq müharibə bitəcək


Avropa İttifaqının diplomatiya rəhbəri  Jozep Borrel Ukrayna-Rusiya müharibəsinin bitməsi ilə bağlı düşündürücü bir açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Ukraynaya xarici yardımlar dayandırılarsa, müharibə sürətlə sona çata bilər.

"Bu, sürətli, operativ, lakin dərin ədalətsiz və dramatik bir həll yolu olardı. Ukrayna özünü qoruyur, çünki biz onun özünü qorumasına kömək edirik. Əlbəttə, əgər Ukraynaya yardımı dayandırsaq, o, özünü müdafiə edə bilməz və müharibə bitər," - deyə Borrel qeyd edib.

Borrel bu fikirləri ilə Ukraynaya verilən dəstəyin vacibliyini vurğulamaqla yanaşı, yardımların dayandırılmasının yaratdığı mənəvi və strateji nəticələrə diqqət çəkib. Açıqlama Avropanın Ukrayna ilə bağlı siyasəti ətrafında müzakirələri yenidən gündəmə gətirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR