İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan İstanbuldakı hücumda təqsirli bilinən şəxsi Türkiyəyə təhvil verib

Bolqarıstan 2022-ci il noyabrın 13-də İstanbulda, İstiqlal prospektində törədilən terror aktında şübhəli bilinən şəxsi Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verib.

APA-nın məlumatına görə, bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu T24 telekanalına müsahibəsində deyib.

“Bilal Həsəni (hücumun planlaşdırılmasına məsul şəxs) Ədirnə vilayətindən götürüb xaricə aparan Xəzni Gəlgənin Bolqarıstanda olduğunu müəyyən etdik. Biz məsələni Bolqarıstan tərəfi ilə müzakirə etdik. Çərşənbə axşamı saat 18:00 radələrində o, Ədirnədə bizə təhvil verildi”, - deyə nazir bildirib.

Soylu köməyə görə Sofiyaya minnətdarlıq edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR