İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib

BMT Təhlükəsizlik Şurasının son iclasında Rusiyanın Ukrayna ərazisində keçirdiyi “referendumlar” müzakirə edilib.

APA xəbər verir ki, üzv dövlətlər Ukrayna ərazilərinin “qanunsuz ilhaq cəhdlərini” rədd edib. Sənədin lehinə 143, əleyhinə 5 ölkə səs verib. 35 ölkə bitərəf qalıb. Məsələyə Avropa Şurasının katibi Şarl Mişel də münasibət bildirib.

“BMT qərarını verdi, Beynəlxalq ictimaiyyət Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq cəhdini çoxluqla rədd edir. Suverenliyin və ərazi bütövlüyünün qorunması BMT Nizamnaməsinin əsasını təşkil edir” – deyə siyasətçi Tvitterdə bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR