İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT TŞ Suriyaya yardım mexanizmini iyulun 10-dək uzadıb

BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriyada transsərhəd yardım mexanizminin fəaliyyətinin altı ay müddətinə uzadılması barədə qətnamə qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, qərar transsərhəd yardım mexanizmi haqqında 2022-ci il iyulun 12-də qəbul edilmiş qətnamənin uzadılmasını nəzərdə tutur. O, Suriya və Türkiyə sərhədində transsərhəd yardım üçün yeganə “Bab əl-Hava” keçid məntəqəsinin fəaliyyətini saxlayır.

Qətnaməyə əsasən, BMT-nin baş katibi iyunun 10-dan gec olmayaraq Suriyada humanitar ehtiyaclarla bağlı xüsusi hesabat təqdim etməlidir. Yardım mexanizmi ilə bağlı əvvəlki sənədlərdən fərqli olaraq, hazırkı mətndə müvafiq qərar qəbul edilən zaman altı aylıq müddət bitdikdən sonra dəhlizin fəaliyyətinin daha altı aya uzadılması ilə bağlı müddəa yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR