İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən aclıq və məcburi kütləvi miqrasiya XƏBƏRDARLIĞI

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Ukrayna limanlarında saxlanılan taxılın ixracının mümkünsüzlüyünü “qlobal ərzaq təhlükəsizliyinə qarşı müharibə” adlandırır və limanlar açılmasa, “aclıq və məcburi kütləvi miqrasiya” ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edir.

Qlobal ərzaq təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılması məqsədilə BMT-nin Baş Qərargahında keçirilən nazirlər toplantısında çıxış edən Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli deyib: “Prezident Putin, sizə yazıram, əgər qəlbiniz varsa, lütfən, bu limanları açın”.

Avropa.info xəbər verir ki, Ukrayna limanlarında saxlanılan taxılın ixrac oluna bilməməsinin “qlobal ərzaq təhlükəsizliyinə qarşı müharibə” olduğunu vurğulayan Bisli, limanların açılmadığı təqdirdə “aclıq və məcburi kütləvi köçün” baş verə biləcəyi xəbərdarlığını edib.

BMT-nin Baş katibi Antonio Quterreş qlobal aclığın yeni rekorda yaxınlaşdığını və kəskin qida çatışmazlığı ilə üzləşən insanların sayının son iki ildə 135 milyondan 276 milyona yüksəldiyini bildirib.

500 mindən çox insanın aclıq şəraitində yaşadığını qeyd edən Quterreş 2016-cı ildən bu rəqəmin 500 faiz artdığını vurğulayıb.

Quterreş diqqətə çatdırıb ki, Ukrayna və Rusiya dünyanın buğda və arpa ehtiyacının az qala üçdə birini, günəbaxan yağı ehtiyacının yarısını təmin edir.

BMT Ukrayna limanlarından ixracı bərpa etmək üçün Rusiya, Ukrayna, Türkiyə, ABŞ və Avropa İttifaqı ilə intensiv əlaqə saxlayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR