İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT birbaşa danışıqlar təşəbbüsünü alqışladı

Birləşmiş Millətlər Təşkilatı Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların keçirilməsi təşəbbüsünü və 30 günlük atəşkəs təklifini böyük məmnunluqla qarşıladığını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat BMT Baş katibinin ofisi tərəfindən yayımlanıb. Bildirilib ki, təşkilat mümkün danışıqlara və atəşkəsə dair istənilən addımı dəstəkləyir və bu istiqamətdə beynəlxalq səyləri yüksək qiymətləndirir.

BMT rəhbərliyi qeyd edib ki, davamlı sülhə aparan yol diplomatiyadan və dialoqdan keçir, və təşkilat bu yolda üzərinə düşən istənilən rolu oynamağa hazırdır.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR