İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Bu barədə “Report” BMT-yə istinadən xəbər verir.

İyulun 17-də BMT Təhlükəsizlik Şurası “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda nazirlər səviyyəsində iclas keçirəcək.

Həmçinin, çərşənbə axşamı, iyulun 18-də Baş Assambleyanın “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət” mövzusunda açıq müzakirəsi keçiriləcək.

Hər iki tədbirdə müxtəlif ölkələrdən bir sıra rəsmi şəxslərlə yanaşı, Ukrayna nümayəndə heyəti də iştirak edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR