Onlayn ictimai-siyasi qəzet
ABŞ İranın bundan sonra Suriyada heç bir rol oynaya bilməyəcəyini gözləyir.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif Dəməşqə səfərindən sonra keçirilən xüsusi onlayn brifinqdə məlumat verib.
“Mən bu günə kimi mühakimə etsəm, İranın heç bir rolu olmayacaq. Düzünü desəm, belə olmamalıdır. İranın hansısa rolu olduğunu təsəvvür etmək mənim üçün çətindir. Niyə belə olmalıdır?”, - deyə dövlət katibinin köməkçisi əlavə edib.
Onun sözlərinə görə, Türkiyənin Suriyadakı rolu mühüm əhəmiyyət kəsb edir: “Türkiyənin, əlbəttə ki, çox böyük rolu var. Tarixən qonşu ölkə olduğu üçün əhəmiyyətli təsiri var. Onun Suriyada milli təhlükəsizlik və müxtəlif digər maraqları da var”.
21 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ