İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken "Vaqner"in planları barədə suala cavab verməyib

ABŞ dövlət katibi Entoni Blinken ABŞ kəşfiyyat orqanlarının "Vagner" özəl hərbi şirkətin planları barədə əvvəlcədən bildiyinə dair xəbərləri şərh etməkdən imtina edib. Musavat.com xəbər verir ki, bu barədə ABŞ mediası xəbər yayıb.

“Kəşfiyyat məsələlərinə münasibət bildirməyəcəyəm. Sadəcə, onu deyə bilərəm ki, bir çox insanlar bu gərgin vəziyyətdən aylardır xəbərdardırlar”, - deyə o, müvafiq suala cavabında bildirib.

Blinken Rusiyada baş verənlərin “hərarəti yüksələn fırtına” olduğunu da qeyd edib.

Əvvəllər o, "Vaqner"lə bağlı vəziyyətin inkişaf mərhələsindən keçdiyini və nəticə çıxarmağın hələ tez olduğunu bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR