İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken Türkiyə də daxil olmaqla bir neçə ölkəyə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə, Yunanıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Səfər 4-11 yanvar tarixlərini əhatə edəcək.

Görüşlər zamanı İordan çayının qərb sahili və Qəzzada mülki insanların təhlükəsizliyi əsas vurğulanacaq.

Həmçinin regiondakı gərginliyi azaltmaq üçün mexanizimlərin işlək olması müzakirə ediləcək.

Dövlət katibi ABŞ-nin Yaxın Şərqdə sülh üçün lazım olan şərtləri müəyyən etmək üçün tərəfdaşlarla sıx işləməli olduğunu irəli sürəcək.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR