Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə təbrikində bildirilib.
ABŞ bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırdır: "Biz əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik".
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ