İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizi böyük qələbələr gözləyir - Deputat

“Vətən müharibəsində qələbəyə gedən yol Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə, döyüşlərlə yadda qalıb. Bunların sırasında Aprel zəfərinin və Tovuz döyüşlərinin özünəməxsus yeri var”.

Bunu Musavat.com-a açıqlamasında deputat Ceyhun Məmmədov söyləyib.

Millət vəkilinin sözlərinə görə, bu iki döyüş bir daha göstərdi ki, Azərbaycan xalqı işğalla heç zaman barışmayacaq və nəyin bahasına olursa-olsun gec və ya tez torpaqlarını azad edəcək:

“Üzərindən 2 il keçən Tovuz döyüşlərinə gəldikdə isə qeyd etməliyəm ki, rəşadətli Azərbaycan ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək növbəti dəfə cinayətkar Ermənistan ordusunun məkrli hücumunun qarşısını böyük qətiyyətlə aldı. Ermənistanın növbəti xəbis niyyəti və təxribatı fiaskoya uğradı. Qəhrəman zabit və əsgərlərimiz bir qarış torpağı belə ermənilərə vermədilər”.

Deputat qeyd edib ki, ermənilərin əsas hədəf və məqsədi Azərbaycanı iflis etmək idi: “Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyan, mühüm nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi bölgəni işğal etmək istəyirdilər. Ancaq buna nail ola bilmədilər. Düzdür, bu müharibədə bir çox qəhrəman vətən oğullarını itirdik. Ancaq bu, xalqımızın, ordumuzun döyüş əzmini və ruhunu qıra bilmədi. Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi, ordumuzun rəşadəti nəticəsində 44 günlük müharibədə qisasımızı aldıq.

Azərbaycan xalqı Vətənin bölünməzliyi uğrunda canından keçən qəhrəman övladlarının əziz xatirəsini hər zaman əziz və uca tutacaq. Bizi qarşıda böyük qələbələr gözləyir. Yetər ki, birlik və həmrəyliyimizi qoruyaq”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR