Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Tünzalə Ağayeva Azərbaycanda internetin baha olmasından şikayətlənib.
Musavat.com xəbər verir ki, müğənni bu haqda sosial mediada yazıb.
"İnternet başqa ölkələrdə su qiymətinədir. Bizdə niyə bu qədər bahadır? Evdən də, sizdən də bilirəm ki, bahadır. Bir-iki günə nə qədər meqabayt alırsınız... Bizdə internet benzin qiymətinə qalxıb. Ərəb Əmirliklərində küçədə internet tutur, özü də şifrəsizdir. Ölkəmizdə hər şey ən yeni, müasirdir. Amma gülməlidir ki, adi yerlərdə, məsələn, metroda internet tutmur. Necə ola bilər?"-deyə Tünzalə qeyd edib.
Könül İbrahim
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ