Onlayn ictimai-siyasi qəzet
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 35-ci turu çərçivəsində səfərdə "Kəpəz"ə qarşı keçirdikləri oyunu dəyərləndirib.
O, 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
"Gərgin oyun şahidi olduq. Oyuna yaxşı köklənmişdik. Meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşli havada oynamaq çətindir. Lazım olan qələbəni qazandıq. Təhlükəli epizodlarımız var idi. Qapımız qarşısında qol epizodu vermədən qələbə qazana bildik. Qarşıda bundan da vacib oyun var. "Səbail"lə oyuna daha yaxşı hazırlaşacağıq.
Bizdə 5-6 səviyyəli hakim var. Amma göründüyü kimi, kifayət etmir. Odur ki, əcnəbi hakimlərin dəvət olunması normaldır. Necə ki, legioner futbolçu, məşqçi gətiririk, eyni addımı həkimlərlə bağlı da atmaq olar. Burda qeyri-adi, aqressiv qəbul etməyə lüzum yoxdur". (fanat.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ